Ukrayna korrupsiya içində batır – Yunker

11:25 5 Oktyabr 2023

Ukrayna AB-yə üzv ola bilməz, çünki onun genişmiqyaslı daxili islahatlara ehtiyacı var.

Sitat.info xəbər verir ki, bunu Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunker deyib.

“AB qismən üzvlük kimi bir şey üzərində işləməlidir. Boğazına qədər əzab içində olan Ukrayna xalqına yalan vədlər verə bilməzsən. Avropada ukraynalıları dərhal üzv ola biləcəklərini deyib aldadan bəzi səslərdən çox qəzəblənirəm. Ukrayna ilə məşğul olan hər kəs bilir ki, bu, cəmiyyətin bütün səviyyələrində korrupsiyaya uğramış bir ölkədir. Bütün səylərə baxmayaraq, Kiyev AB-yə daxil ola bilmir və böyük daxili islahatlara ehtiyacı var”, - o bildirib.

Yunker qeyd edib ki, Moldova və Ukrayna üçün Avropa perspektivi qorunmalıdır:

“Lakin bunun bir gecədə baş verəcəyinə ümid bağlanmamalıdır”.



Xəbər xətti