Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (MİST) verdiyi açıqlamaya görə, son bir həftədə 9 yeni Qərbi Nil Virusuna yoluxma diaqnozu qoyulub.
Sitat.info xəbər verir ki, açıqlamada ölənlərin sayının 19-a yüksəldiyi və virusun xüsusilə Thessaly, Orta Makedoniya, Şərqi Makedoniya, Trakya, Qərbi Makedoniya və Epirusda aşkar edildiyi bildirilib.
Mütəxəssislər yaxın aylarda yoluxma hallarının artacağını qiymətləndiriblər.
Seymur Bənnayev
Sitat.info