Netanyahu: Bu terror dalğasında İran günahkardır

16:16 5 Oktyabr 2023

İordan çayının qərb sahilində israillilərə qarşı hücum dalğasında günahkar İrandır.

Sitat.info xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“İran Yəhudeya və Samariyada (İordan çayının qərb sahili üçün İsrail terminidir - red.) terror dalğasına və vətəndaşlarımızın öldürülməsi üçün əməliyyatların təşviqinə, maliyyələşdirilməsinə görə birbaşa məsuliyyət daşıyır. İsrail hökuməti terrorizmlə şiddətli mübarizə aparacaq və İsrail vətəndaşlarını qoruyacaq”, - o bildirib.

//Axar.az



Xəbər xətti