Əhmədinejad Tehran hava limanında şok yaşadı: Pasportunu əlindən alıb...

18:59 5 Oktyabr 2023

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Mərkəzi Amerika ölkəsi Qvatemalaya getmək üçün  Tehran hava limanına gəlib və orada  pasportu müsadirə edilib, ölkəni tərk etməyə icazə verilməyib.
Sitat.info xəbər verir ki, beynəlxalq su ehtiyatlarının idarə edilməsi simpoziumunda iştirak etmək üçün Qvatemalaya getmək üçün hava limanında olan Əhmədinejadın hərəkəti kəşfiyyat qüvvələri tərəfindən bloklanıb. 

Özlərini kəşfiyyat və təhlükəsizlik işçisi kimi təqdim edən şəxslər bu gün İmam Xomeyni hava limanına gələrək Əhmədinejadın pasportunu ələ keçirib və İran dövlət xadiminin Qvatemalaya getməsinə mane olublar. 

İranın “İttilaat” qəzeti təhlükəsizlik rəsmilərinin “beynəlxalq sanksiyalara görə həbs olunma ehtimalı” və Qvatemaladakı “qeyri-sabit təhlükəsizlik və siyasi şərait” səbəbindən Əhmədinejada ölkəni tərk etməməyi tövsiyə etdiyini və Əhmədinejadın səfərinin ləğv edildiyini yazıb.

ABŞ prezidenti Co Bayden İranın keçmiş prezidenti Əhmədinejadı və İran Kəşfiyyat Nazirliyini sentyabrın 18-də Tehran arasında məhbus mübadiləsi zamanı ABŞ vətəndaşlarının İranda "ədalətsiz" həbsində rol oynadıqlarına görə sanksiya siyahısına saldığını açıqlamışdı. 

Xatırladq ki, Əhmədinejad 2005-2013-cü illərdə iki müddət İran prezidenti olub. ABŞ administrasiyası 2007-ci ildə İranda itkin düşdüyü bildirilən Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş əməkdaşı Robert Levinsona görə o vaxtkı prezident Əhmədinejadı və Kəşfiyyat Nazirliyini günahlandırır.

Məğrur,

Sitat.info



Xəbər xətti