"Biz Cənubi Qafqaz birliyinin tərəfdarıyıq" - İqbal Ağazadə

19:12 5 Oktyabr 2023

"Biz Cənubi Qafqaz birliyinin tərəfdarıyıq. Avropa Birliyinə yaxın modelin tərəfdarıyıq. Əgər tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyarsa, sülh müqaviləsi imzalayarsa, bundan sonra doğrudan da bu üç Cənubi Qafqaz respublikasının gerçək reinteqrasiyası başlayır. Cənubi Qafqaz respublikalarının imkanlarını və potensiallarını ortaya qoyub, yeni Cənubi Qafqaz respublikası yaratmalıdırlar. Barış, sülh və təhlükəsizlik içərisində yaşayan Cənubi Qafqaz birliyi yaratmalıdır. İmkanlarını birgə xərcləyən və sülh adasına çevrilə bilən Cənubi Qafqaz...

Bu sözləri sitat.info-ya açıqlamasında Ümid partiyasınnı sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə bildirib ki, bunun üçün ermənilərlə dinc yaşamağın şərtlərini və prinsiplərini müəyyən etməliyik:
 "Burada təbii ki, Abxaziya və Osetiya məsələləri var. Mən əminəm ki, o məsələlərin də Ukrayna-Rusiya müharibəsindən sonra həll olunacağı qaçılmazıdr. Və Cənubi Qafqaz yeni reallıqlarla dünyaya açılacaq.
Hər zaman qeyd etmişəm, erməni ilə dost olmağa məhkum deyilik. Lakin qonşu olmağa məhkumuq. Qonşuyuqsa, dinc yaşamağın şərtlərini və prinsiplərini müəyyən etməliyik. Bunun da şərti tərəflər arsında sülh müqaviləsini bağlayıb, artıq hüquqi sorunlara və məsələlərə son qoymaqdır. Bu sülh müqaviləsindən sonra Ermənistan Ali Sovetinin zaman-zaman Azərbaycan əleyhinə Qarabağla bağlı çıxardığı sənədlərin hamısı sıfırlanmalıdır, hüquqi qüvvəsini itirməlidir. Hüquqi qüvvəsini itirəndən sonra sülh müqaviləsi ratifikasiya olunmalıdır".

Məğrur,

Sitat.info



Xəbər xətti