İran prezidenti İbrahim Rəisi Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin “milli təhlükəsizliyinə təhdid” olduğunu müdafiə edib.
Sitat.info xəbər verir ki, prezident Rəisi paytaxt Tehranda Azərbaycan prezidenti İlham Əliyevin xüsusi nümayəndəsi Xələf Xələfov və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə ayrı-ayrılıqda görüşlər keçirib.
İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi X sosial media hesabında danışıqların məzmunu ilə bağlı məlumat paylaşıb.
Müvafiq olaraq, Rəisi Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi və Azərbaycan prezidentinin xüsusi nümayəndəsi ilə görüşlərində “Zəngəzur dəhlizinin NATO-nun regionda mövcudluğu üçün əsas olacağını və ölkələr üçün milli təhlükəsizliyə təhdid yaradacağını” iddia edib. İranın qəti şəkildə buna qarşı olduğunu vurğulayıb".
Məğrur,
Sitat.info