Şoyqu muzdlu əsgərlərdən danışdı: 9 ehtiyat alay döyüşə hazırlaşır...

19:42 5 Oktyabr 2023

"Xüsusi əməliyyat zonasında" (yəni, Ukayna cəbhəsində -red) Rusiya qoşunlarının qruplaşdırılması üçün Rusiya Federasiyası Silahlı Qüvvələrinin (AF) tərkibində müqaviləli hərbi qulluqçulardan ibarət doqquz ehtiyat alay yaradılıb.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin Birgə Qrupunun qərargahında qrup komandirləri ilə görüşündən sonra bildirib.

"Baş Qərargahın qərarına əsasən, müqavilələri   hərbçilərdən ibarət hər qrup üçün ehtiyatda olan alaylar formalaşdırmışıq. Bu gün bizim doqquz ehtiyat alayımız var ki, onlar hazırlaşır və mütəmadi olaraq sayları artırılır".

Şoyqu iyun ayında Rusiya Silahlı Qüvvələrinin ehtiyatlarının ayrıca ordunun tərkibində formalaşdığını elan edib. Onun sözlərinə görə, həmin vaxta qədər onların formalaşması üçün 3786 ədəd texnika gətirilib.

Nərgiz,

Sitat.info



Xəbər xətti