Suriyada PUA hücumu nəticəsində azı 60 nəfər ölüb

20:32 5 Oktyabr 2023

Suriyada hərbi akademiyaya buraxılış mərasimi zamanı PUA-nın hücumu nəticəsində azı 60 nəfər ölüb.

Sitat.info xəbər verir ki, Suriyanın müdafiə naziri Əli Mahmud Abbasın hücumdan bir neçə dəqiqə əvvəl mərasimi tərk etdiyi bildirilib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməsə də, Suriya Müdafiə Nazirliyi sözügedən hücuma cavab veriləcəyini vurğulayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti