Yunanıstanda suya qarışan kimyəvi maddələr əhalinin sağlamlığını təhdid edir

20:48 5 Oktyabr 2023

Yunanıstanda sentyabr ayında sel baş verən bölgələrdəki gölməçələrin sağlamlıq üçün ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edilib.

Sitat.info xəbər  verir, Yunanıstanın Qərbi Attika Universitetinin müəllimi, Sağlamlıq və Əməyin Təhlükəsizliyi Mütəxəssisi Dr. Konstandinos Delezos ictimaiyyətə gölməçələrin riskləri barədə xəbərdarlıq edib.

Delezos, suya qarışan batareyalar, fotovoltaik avadanlıqlar, kənd təsərrüfatı kimyəviləri və pestisidlər kimi kimyəvi maddələrin xalq sağlamlığını təhdid etdiyini, hətta plastik çəkmələrin belə bu sularda əridiyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti