Nobel Sülh mükafatını bu qadın aldı- FOTO

15:24 6 Oktyabr 2023

İranlı Nərgiz Muhammedi qadın hüquqları ilə bağlı işinə görə 2023-cü il Nobel Sülh Mükafatını qazanıb.
Sitat.info xəbər verir ki, bir müddətdir həbsdə olan iranlı qadın hüquqları müdafiəçisi Nərgiz Muhammedi 2023-cü il Nobel Sülh Mükafatını qazanıb. Norveç Nobel Komitəsinin verdiyi bəyanatda yazılır: "2023-cü il Nobel Sülh Mükafatı İranda qadınlara edilən zülmə qarşı mübarizəsinə və hamı üçün insan haqları və azadlığının təbliği istiqamətində apardığı mübarizəyə görə Nərgiz Muhammediyə verilib".  
 
Nərgiz Muhammedi  qadın hüquqları və ölüm hökmünün ləğvi üçün kampaniya aparan İranın aparıcı hüquq müdafiəçilərindən biridir. Hazırda həbsdə olan Muhammedi 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhəmmədi həmçinin 122 yaşlı mükafatı qazanan 19-cu qadın və 2021-ci ildə rusiyalı Dmitri Muratovla birlikdə bu mükafatı Filippinli Mariya Ressa qazandıqdan sonra ilk qadın oldu.

Ayna,

Sitat.info



Xəbər xətti