İsrail ordusu “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başladığını elan edib.
Sitat.info xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.
HƏMAS-ın hərbi qolu “İzəddin əl-Qasam briqadası”nın rəhbərliyi bildirib ki, “Əl-Əqsa əməliyyatı"nın gedişində İsrailin 35 vətəndaşı və hərbçisini Qəzza zolağına aparıblar.
***
Hücuma məruz qalan Sderot şəhər polis idarəsi İsrail təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.
Bu barədə İsrail KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə yerində yaralılar var.