Netanyahu Baydendən yardım istədi

19:04 7 Oktyabr 2023

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, Netanyahu Baydenlə söhbətində ona verdiyi dəstəyə görə təşəkkür edib.

Baş nazir qeyd edib ki, İsrail qalib gələcəyi uzun və güclü kampaniyaya ehtiyac duyur.

Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

//Axar.az




Xəbər xətti