İsrail ordusu ehtiyat edir ki...- Heçt

20:00 7 Oktyabr 2023

İsrail hərbçiləri növbəti zərbələrin Livan və ya Suriyadan endirilməsindən ehtiyat edirlər.

Sitat.info xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Riçard Heçt deyib.

"Şimalda da bəzi fələstinli qrupların mümkün hücumuna biz hazırıq”,- o bildirib.

Qeyd edək ki, İsrail ordusu hazırda Qəzza zolağında quru əməliyyatına hazırlaşır. Bölmələr ölkənin cənubuna köçürülür, ehtiyatda olanlar da orduya qoşulur.

//Sitat.info



Xəbər xətti