İsrail döyüş təyyarələrinin Qəzza zolağının müxtəlif bölgələrinə gecə boyu endirdiyi hava zərbələri nəticəsində 24 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, Qəzzadakı xəstəxanalar və təhlükəsizlik mənbələrindən alınan məlumata görə, İsrail döyüş təyyarələrinin Qəzzanın Misir sərhədinə yaxın Rafah şəhərində Əbu Hilal ailəsinin evinə təşkil etdiyi hava hücumu nəticəsində ailənin 18 üzvü həyatını itirib.
Hücum zamanı dağılan evin dağıntıları altından çıxarılan yaralılara tibbi yardım göstərilib.
Seymur Bənnayev
Sitat.info