İsrail əsgərləri səhvən öz əsgərlərini güllələyib

08:24 9 Oktyabr 2023

İsrail ordusu Livan sərhədi yaxınlığındakı Cəlil Qarbi bölgəsində əsgərlərinin səhvən öz əsgərlərinə atəş açması nəticəsində 4 nəfərin yaralandığını açıqlayıb.

Sitat.info xəbər verir ki, İsrailin rəsmi xəbər agentliyi KAN-ın ordu sözçüsünə əsaslanaraq verdiyi xəbərə görə, Cəlil Qarbi yaxınlığındakı yəhudi yaşayış məntəqəsində xidmət edən İsrail qüvvələri nəzarət-buraxılış məntəqəsinə sürətlə yaxınlaşan avtomobilə atəş açıb.

Sonradan məlum olub ki, hərbi maşının içərisində olan şəxslər İsrail ordusunun əsgərləridir. Yüngül yaralanan İsrail əsgərləri müalicə üçün xəstəxanaya aparılıb.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti