İşğal altındakı İordan çayının qərb sahilinin bir çox şəhərində İsrail ordusu ilə fələstinlilər arasında baş verən qarşıdurmada 6 fələstinli həyatını itirib.
Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən ardıcıl açıqlamalarda, İsrail qüvvələrinin açdığı atəş nəticəsində Yerixo şəhərində bir nəfərin, Qüdsün şimalında üç nəfərin, Əl-Xəlik və Nablis şəhərlərindən hər birində bir nəfərin öldüyü bildirilib.
Nazirlik Qüdsün şimalındakı Qalandiyadan olan 3 şəhidin cənazəsinin Ramallahdakı Tibb Mərkəzinə təhvil verildiyini bildirib.
Seymur Bənnayev
Sitat.info