Suriya ordusunun Hələb çölündə kaset bombalı hücumu: 3 yaralı var

08:29 9 Oktyabr 2023

Suriya ordusunun Hələb vilayətinin qərbindəki Ebzimo kəndinə təşkil etdiyi kaset bombalı hücumda biri körpə olmaqla 3 mülki şəxs yaralanıb.

Sitat.info xəbər  verir, Hələbin Kəfarhələb kəndində yerləşdirilən Suriya ordusu və İranın dəstəklədiyi əcnəbi terrorçu qruplar Hələbin qərbindəki Ebzimo kəndinə beynəlxalq müqavilələrlə istifadəsi qadağan edilən kaset bombaları ilə hücum edib.

Mülki müdafiə mənbələrindən alınan məlumata görə, hücum nəticəsində biri körpə olmaqla 3 mülki şəxs yaralanıb.

Yaralılara aparıldıqları xəstəxanada tibbi yardım göstərilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti