Putin nüvə silahından istifadə etsə.. - Boris Conson

09:10 9 Oktyabr 2023

Rusiya Prezidenti Vladimir Putin nüvə silahından istifadə etməyəcək, çünki bu, Rusiyanı Çinin dəstəyindən məhrum edəcək.

Sitat.info xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.

"Bu, Putinin Çinə, bütün tərəddüd edən seçicilərə, hindlilərə dəstəyini qorumaq ümidi üçün fəlakətdir. İndi ona rəğbət bəsləyən ölkələr dərhal yadlaşacaq. Düşünürəm ki, Putin nüvə silahından istifadə etsəydi, rusların özləri Rusiyaya qarşı repressiyalardan son dərəcə qorxardılar", - Conson bildirib.



Xəbər xətti