İsrailin Qəzza zolağına etdiyi hücumlarda ölənlərin sayı 436-ya yüksəlib

10:51 9 Oktyabr 2023

İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 91-i uşaq olmaqla 436-ya çatıb.

Sitat.info xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada bölgədə ölən və yaralananlar barədə məlumat verilib.

Açıqlamada İsrailin Qəzzaya son 3 gündə həyata keçirdiyi hücumlarda 91-i uşaq, 61-i qadın olmaqla 436 nəfərin həyatını itirdiyi, 224-ü uşaq, 151-i qadın olmaqla 2271 nəfərin yaralandığı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti