XİN rəhbərləri Bişkekdə görüşə bilər

10:51 9 Oktyabr 2023

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Bişkekdə görüşə bilər.

Sitat.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya deyib.

Qaluzin bildirib ki, Moskva 12 oktyabrda MDB-nin Bişkek sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir.



Xəbər xətti