Qəzzanın qərbindəki Əl-Yərmuk məscidi İsrail döyüş təyyarələrinin həyata keçirdiyi hava zərbələri nəticəsində dağıdılıb.
Sitat.info xəbər verir ki, İsrail döyüş təyyarələri Əl-Yərmuk məscidini raketlərlə hədəfə alıb. Bombalanmış məscid dağıdılıb.
Bu dağıntı ilə İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində dağılan məscidlərin sayı 4-ə yüksəlib.
Qeyd edək ki, ötən gün İsrail Əl-Əmin Məhəmməd, Əhməd Yasin və Məhəmməd əl-Həbib məscidlərini vurub.
Seymur Bənnayev
Sitat.info