Bakı ilə İrəvan arasında bu razılaşmaların əldə olunması...

11:45 9 Oktyabr 2023

Rusiya Ermənistanla Azərbaycan arasında balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək etməyə çalışacaq.

Sitat.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli bəyanatın icrası aktual olaraq qalır:

“Söhbət nəqliyyat kommunikasiyalarının açılmasından, sərhədin delimitasiyası ilə onun sonrakı demarkasiyasından, sülh müqaviləsinin imzalanmasından gedir. Bütün bunların icrası vacibdir".



Xəbər xətti