Ərdoğan İsrail savaşına müdaxiləyə hazırlaşır – Təcili

11:58 9 Oktyabr 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail gərginliyinin həllinə müdaxilə etmək niyyətindədir, Ankara vasitəçilik mövqeyini itirmək istəmir.

Sitat.info xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, Türkiyə müharibənin dərinləşməməsi və yayılmasının qarşısını almaq məqsədilə səy göstərməyə çalşır:

“Ankara region ölkələrinin köməyi ilə atəşkəsə nail olmaq məqsədilə tərəflər üçün məqbul model üzərində işləyir”.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın İsrailə hücumu ilə İsrail-Fələstin müharibəsi başlayıb.



Xəbər xətti