HƏMAS İsrail şəhərlərini yenidən kütləvi raket atəşinə tutub.
Sitat.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, Təl-Əviv, Qüds, Rişon-le-Tsion, Aşdod şəhərlərində raket hücumları barədə xəbərdarlıq edən sirenlər səslənir.
Aşdod və Aşkelona raketlər düşüb.
12-ci kanalın məlumatına görə, raket hücumları nəticəsində çoxlu yaralı var.
“Haaretz” nəşri yazır ki, Aşkelon və Aşdodda raket hücumu nəticəsində bir neçə israilli ağır vəziyyətdədir.