Qəzza tam blokadaya alındı: qida, işıq, qaz yoxdur

16:45 9 Oktyabr 2023

Qəzza zolağının tam blokadaya alınması üçün göstəriş verdim.

Sitat.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

Nazirin sözlərinə görə, orada ərzaq və enerji təchizatı dayandırılacaq:

“Qəzza zolağının tam mühasirəyə alınmasını əmr etdim. İşıq yox, yemək yoxdur, qaz yoxdur, hər şey bağlıdır”.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın İsrailə hücumu ilə İsrail-Fələstin müharibəsi başlayıb.

//Axar.az



Xəbər xətti