2005-də “artsax”a gələndə sarsıldım - Markosyan

11:00 10 Oktyabr 2023

Acı həqiqət budur ki, Azərbaycanın tərkibində olan Dağlıq Qarabağda ermənilər “artsax”dakı ermənilərdən daha yaxşı yaşayırdılar.

Sitat.info xəbər verir ki, bunu erməni fəal Usik Markosyan deyib.

“2005-ci ildə “artsax”a gələndə gördüklərimdən çox sarsıldım. Hər gəlişimdə Qarabağ erməniləri getdikcə daha təlaşlı, pis əhval-ruhiyyə ilə ümumi şübhə və qorxu içində yaşayırdılar. Hər dəfə daha çox küçə, daha çox kimsəsiz bağ, torpaq peyda olurdu. Bərbad yolların sayı artırdı. Bütün bunlar bir zamanlar Azərbaycan tərəfindən salınmışdı. Və bütün bunlar “artsax”da Bako (Bako Saakyan – red.), Ermənistana isə Rob və Serj (Robert Köçəryan və Serj Sərkisyan – red.) rəhbərlik edəndə baş verirdi. O zamanlar heç Paşinyan yox idi. Kədərli müşahidələrimi heç vaxt bölüşməyi düşünmürdüm. Lakin vəziyyət o qədər kökündən dəyişib ki, həqiqəti deməməyin mənası yoxdur. Acı həqiqət budur ki, Dağlıq Qarabağdakı ermənilər Azərbaycanın tərkib hissəsi kimi erməni xalqının satqınları Köçəryan, Sərkisyan, Saakyan, Arutyunyanın əlində “azad” olmuş “artsax”dakı ermənilərdən daha yaxşı yaşayırdılar. Əksi ola bilərdimi? Əminəm ki ola bilərdi. Bu gün milyonlarla erməni mənimlə razılaşar”, - o bildirib.



Xəbər xətti