Livandakı Hizbullah Hərəkatı İsrailin ölkənin cənubundakı hücumunda həlak olan üzvlərinin sayının 5-ə yüksəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Hizbullah ölkənin İsraillə sərhədində sızma cəhdi və ardınca baş verən qarşıdurmalarla bağlı açıqlamasında daha 2 üzvünün həyatını itirdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl hücumda 3 Hizbullah üzvünün öldüyü açıqlanıb.
Seymur Bənnayev
Sitat.info