Fransız ordusu Nigerdən çıxmağa başladı

15:30 10 Oktyabr 2023

Fransız ordusunun ilk bölmələri Nigeri tərk edib.

Sitat.info xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Hərbçilərin ilk bölmələri çıxarıldı”, - məlumatda qeyd olunub.

Bildirilib ki, fransız hərbçilərin çıxarılması plan üzrə gedir və koordinasiya davam edir.

Hazırda Nigerdə 1400 fransız hərbçisi var.

Qeyd edək ki, Nigerin müvəqqəti hökuməti fransız ordusunun çıxarılmasının oktyabrın 10-dan başlanacağını elan etmişdi.



Xəbər xətti