Həlak olan israillilərin sayı yeniləndi

19:15 10 Oktyabr 2023

HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb.

Bu barədə İsrailin ABŞ-dakı səfirliyi məlumat yayıb.

Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub.

Qeyd edək ki, İsrail ordusu 7 oktyabrda HƏMAS-ın kütləvi hücumu ilə başlayan müharibədə ordunun indiyə qədər 123 hərbçi itirdiyini açıqlayıb.



Xəbər xətti