"3+3" formatında görüşlərə hazırıq - Paşinyan

19:30 10 Oktyabr 2023

Ermənistan "3+3" formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televizyaya müsahibəsində deyib.

“Vaxtilə “3+3” formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu”, - o vurğulayıb.

Qeyd edək ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir.



Xəbər xətti