Sergey Lavrov Şimali Koreyaya gedəcək

21:15 10 Oktyabr 2023

Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər etməyi planlaşdırır.

Sitat.info xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.

“Hal-hazırda Rusiya xarici işlər naziri Sergey Lavrovun Pxenyana səfəri ilə bağlı işlər aparılır. Səfər zamanı ikitərəfli əlaqələr və Koreya yarımadasının problemləri müzakirə ediləcək”, - deyə Zaxarova bildirib.



Xəbər xətti