KFOR qüvvələrinə rəhbərlik Türkiyəyə keçdi

11:15 11 Oktyabr 2023

Türkiyə ilk dəfə NATO-nun Kosovadakı sülhməramlı qüvvələrinə (KFOR) rəhbərlik edib.

Sitat.info xəbər verir ki, bu barədə KFOR-un mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əvvəllər KFOR-a İtaliya rəhbərlik edirdi - Mişel Ristuçça Priştnada keçirilən mərasimdə səlahiyyətləri türk general Özkan Uludaşa təhvil verib.

Qeyd edək ki, KFOR missiyası BMT Təhlükəsizlik Şurasının 1999-cu ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq yaradılıb.



Xəbər xətti