İsrail HƏMAS desantını məhv etdi - Video

12:10 11 Oktyabr 2023

İsrail ordusu HƏMAS-ın Qəzza zolağındakı hərbi-dəniz hədəflərini, o cümlədən dəniz vasitəsilə İsrailə sızmağa çalışan desantı məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə İsral ordusu məlumat yayıb.

“HƏMAS-ın İsrail sahillərinə terror hücumunda istifadə edilən Xan-Yunus və Qəzza şəhərindəki limanları raketlər, döyüş helikopterləri və yerüstü artilleriyadan atəşə tutulub. Bundan başqa, Hərbi Dəniz Qüvvələri Qəzzadan İsrailə keçmək istəyən dalğıcı məhv edib”, - məlumatda qeyd olunub.



Xəbər xətti