Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın II dərəcəli “Dostluq” (“Dostık”) ordeni ilə təltif edilib.
Sitat.info xəbər verir ki, mükafatlandırma mərasimi Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasından sonra baş tutub.
İclas iştirakçılarına Qazaxıstanın dövlət mükafatları və qurultayın xatirə medalları təqdim olunub.
Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə dialoq platformasının formalaşmasında və inkişafında xidmətlərinə görə bu ordenlə təltif edilib.