Ermənistan hakimiyyəti Azərbaycanın tələb etdiyi 8 kəndi (Qazaxın 7 kəndi və Sədərəyin Kərki kəndi-red) qaytarmağa hazırlaşır.
Sitat.info xəbər verir ki, bu barədə “168.am” saytı yazıb.
Sayt qeyd edir ki, Nikol Paşinyan son müsahibələrində bu məsələyə açıq şəkildə toxunub.
“Baş nazir Azərbaycanın bu kəndlərlə bağlı hüquqi əsası olmadığı haqda danışsa da və erməni kəndlərinin də qaytarılması tələbini irəli sürsə də, əslində bu məsələ 2022-ci ilin 10 noyabrında həll edilib. Həmin vaxt Bakı bu kəndlərin qaytarılması şərtini də bəyanata daxil etmişdi, lakin son anda çıxartdılar və Paşinyan bununla bağlı öhdəlik götürdü. İndi həmin öhdəliyin yerinə yetirilməsinin vaxtı çatıb”, - sayt yazır.
Sayt Ermənistan də bu haqda daxili müzakirələrin başlandığını bildirir:
“Paşinyan kəndlərin qaytarılmasında heç bir maneə görmür. Yaxın dövrdə bu məsələ aktuallaşacaq”.
Ermənistanın mili təhlükəsizlik xidmətinin keçmiş direktoru David Şahnazaryan da hesab edir ki, Paşinyan artıq prosesin sonuna çatıb və ilk növbədə 8 kəndi Azərbaycana təhvil verəcək, daha sonra dəhliz tələbini yerinə yetirəcək.