HƏMAS-ın “Əl-Qəssam briqada”sı iki uşaqlı əsir israilli qadının azad edildiyini əks etdirən video yayıb. İsrail hakimiyyəti bu məlumatı şərh etməyib.
Sitat.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Videoda uzaqdan çəkilmiş qeyri-müəyyən kadrlarda körpəsi və azyaşlı uşağı olan qadın, həmçinin HƏMAS silahlısı görünür. Qadın və uşaqlar açıq ərazidə, Qəzza divarının yanındadır.
“Əl-Cəzirə” kanalı bu hasarın İsraillə Qəzza zolağı arasındakı sərhəd olduğuna diqqət çəkir.
“Yerusəlim Post” isə yazır ki, qadın və uşaqlar oktyabrın 7-də şənbə günü azad ediliblər. Azadlığa çıxan qadın israilli Avital Alajemdir, o, azadlığa buraxılan 4 yaşlı Negev və 6 aylıq Aşenin anası deyil. Onların anası Qəzza zolağında girovluqdadır.