X HƏMAS-a bağlı yüzlərlə hesabı sildi

11:08 12 Oktyabr 2023

X CEO'su Linda Yaccarino, yüzlərlə "Həmas ilə əlaqəli hesabın" silindiyini və on minlərlə məzmunu silmək üçün addımlar atıldığını söylədi.

Sitat.info xəbər verir ki, çərşənbə günü Avropa komissarı Thierry Bretona ünvanlanan və X-də dərc olunan məktubda deyilir: "Biz dünyanın hər yerindən, o cümlədən Aİ-yə üzv dövlətlərdən gələn hüquq-mühafizə orqanlarının sorğularına tez cavab verməyə davam edirik".

Fransa İnterinə verdiyi açıqlamada daxili işlər naziri Gerald Darmanin bildirib ki, qeyri-qanuni onlayn məzmun və davranışları bildirmək üçün istifadə edilən Pharos platforması şənbə günündən bəri İsrail və HƏMAS arasındakı münaqişə ilə əlaqədar terrorizmi təşviq edən məzmunla bağlı iki mindən çox məlumat alıb.

Kənan

​​​​​​Sitat.info



Xəbər xətti