İsrail İran generalının məhvinə razı deyildi – Tramp

11:28 12 Oktyabr 2023

Ayətullahlar Qasım Süleymanidən qorxurdular, o, öldürüləndə sevindilər.

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

O, İsrailin Baş nazirinin Süleymaninin öldürülməsinə qarşı olduğunu bildirib.

“Benyamin Netanyahu ölkəsinin Qasım Süleymaninin öldürülməsi əməliyyatında iştirakına icazə vermədi. İndi isə onun öldürülməsindən öz etibarı xeyrinə istifadə edir”, - Tramp qeyd edib.

Qeyd edək ki, Qasım Süleymani 3 yanvar 2020-ci ildə ABŞ ordusunun zərbələri nəticəsində Bağdad aeroportunda öldürülüb. Həmin vaxt Tramp ABŞ prezidenti idi.



Xəbər xətti