MDB Şurasının iclasında iştirak bu gün Ermənistan hakimiyyətinin prioritetləri sırasında deyil. Bu, Qarabağ məsələsinin birdəfəlik bağlanması ilə əlaqədar erməni cəmiyyətinin, eləcə də erməni siyasi elitasının başına gələn fəlakət fonunda baş verir. Məncə, Ermənistan hakimiyyətinin atdığı addımlar şokun nəticəsidir. Həm də ermənilərin Rusiyaya qarşı ümumi mənfi münasibətindən qopmamaq istəyi ilə.
Sitat.info xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Ermənistanın Baş nazirinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakdan şəxsən imtina etməsi sırf siyasi və antirusiya xarakterli qərardır. Paşinyan göstərir ki, onun üçün postsovet məkanında inteqrasiya prosesləri və qarşılıqlı fəaliyyət əhəmiyyətsizdir və siyasi prioritet deyil. Nikol indiki sammitlərin əhəmiyyətsiz olduğunu göstərir”, - o bildirib.
Korotçenko qeyd edib ki, İrəvanın MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının Bakıda keçirilən iclasında iştirakdan imtina etməsinin eyni səbəbləri var:
“Görünən o idi ki, Paşinyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərlərini Azərbaycan paytaxtına göndərmək qərarına gəlməsi mümkünsüzdür”.