MDB xarici işlər nazirləri İsrail və Fələstin arasında danışıqların aparılmasının və atəşkəsin tərəfdarıdır.
Sitat.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları ilə bağlı açıqlamaslında deyib.
“Bu gün biz bu mövzuya toxunduq, MDB sammitindən əvvəl onun rəsmi təqdimatı üçün hansısa ümumi mövqe barədə razılığa gəlməyin mümkün olub-olmayacağına baxacağıq. Ancaq hər kəsin ümumi fikri var, bu gün biz bunu müzakirə etdik ki, bu münaqişəni dərhal dayandırmaq, beynəlxalq humanitar hüquqa riayət etmək, terror aktlarının hər hansı təzahürlərinin qarşısını almaq lazımdır. Biz çox ümid edirik ki, bu münaqişə başa çatdıqdan sonra hər kəs BMT TŞ-nin Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiq edilmiş prinsiplərinə əsaslanan Fələstin dövlətinin yaradılması qərarını həyata keçirmək məsuliyyətini ciddi qəbul edəcək”, - Lavrov bildirib.