Paşinyanın Qarabağı “təslim etmək” üçün hakimiyyətə gəlməsi ilə bağlı populist bəyanatlarla qətiyyən razı deyiləm. Bütün bunlar erməni və ermənipərəst təbliğatçıların axmaq mülahizələridir.
Sitat.info xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Təbii ki, o, Qarabağdan əl çəkmək istəmirdi. Amma hadisələr belə cərəyan etdi. Vəziyyəti dəyişdirən Azərbaycanın ordu quruculuğundakı uğurları oldu. Bəli, sonda Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanımalı oldu. Yaxşı, nə edə bilərdi? Hər şey bitdi, “miatsumu” sona çatdı. “Miatsum” qəbrinin üstünə “xaçkar” qoya bilərsiniz. Buna hər kəs isterika içində etiraz etsə də, mövzu bağlandı”, - o bildirib.