Oktybarın 7-də HƏMAS-ın İsrailə hücumunda 2 500-3 000 döyüşçüsü iştirak edib.
Sitat.info xəbər verir ki, bu barədə İsrailin “i24” kanalı məlumat yayıb.
“İsrail ordusunun rəsmisi Daniel Haqarinin sözlərinə görə, hücumdan sonra təxminən 1000-2000 HƏMAS döyüşçüsü geriyə qayıdıb. Rəsmi məlumatlara görə isə İsraildə qruplaşmanın 1500 döyüşçüsünün meyiti qalıb. Belə olan halda deyə bilərik ki, şənbə günü hücumunda 2500-3000 döyüşçü iştirak edib”, - telekanal bildirib.