İsrail ordusu Qəzzaya havadan broşürlər səpdi: "Dərhal sığınacaqlara gedin"

18:26 12 Oktyabr 2023

 İsrail təyyarələri Qəzzaya zolağında yaşayan əhali üçün havadan çağırış vərəqələri səpələyib. 

Sitat.info xəbər verir ki, fələstinli əhaliyə  "dərhal" təxliyyə edilməli olduqlarını bildirən vərəqələr atıblar.

Əl-Cəzirədə dərc olunan xəbərlərdə İsrail tərəfi əhalini "dərhal təyin olunmuş sığınacaqlara getməyə" çağırılıb.

Ərəbcə yaşılan  mesajda  belə qeyd edilir: "Həmas qüvvələrinin və ya obyektlərinin yaxınlığında olan hər kəs öz həyatını riskə atacaq”.

Əl-Cəzirə İsrail ordusunun şənbə günündən bəri ümumilikdə 10 sığınacağı vurduğunu qeyd edib. 

Məğrur,

Sitat.info

 



Xəbər xətti