İsraildən sərt REAKSİYA "Heç kim bizə əxlaq dərsi verməsin, nə humanitar yardım?"

18:32 12 Oktyabr 2023

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qəzzaya humanitar yardım çağırışı ilə bağlı İsraildən yeni açıqlama verilib.
İsrailin energetika naziri İsrael Katz sosial media hesabından İsrailin blokada altında olan Qəzzanı intensiv bombardman etməsi səbəbindən artan humanitar yardım çağırışlarına cavab verib.
İsrailli nazir: "Qəzzaya humanitar yardım? İsrailli məhbuslar evlərinə qayıdana qədər elektrik açarları açılmayacaq, su kranları açılmayacaq və yanacaq daşıyan maşınlar girməyəcək" -deyib. 
Katz, İsrailin Qəzzada silahlı və ya mülki olmasından asılı olmayaraq hər kəsə kollektiv cəza tətbiq etməsi ilə bağlı tənqidlərə belə reaksiya verib: "Humanis olana qarşı humanist olarıq. Heç kim bizə əxlaq dərsi verməsin" deyərək cavab verib.  
Təxminən 2,3 milyon əhalisi olan Qəzzaya su, qida və yanacağın girişi tamamilə bağlanıb.
Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regional rəhbəri Fabrizio Karboni "Elektriksiz xəstəxanalar morqlara çevrilmək riski ilə üzləşir" deyib: "Tibbi ləvazimatların tükənmək üzrə olduğu bildirilən Qəzzada elektrik kəsilməsi və təchizat çatışmazlığının xəstəxanaları iflic vəziyyətinə sala biləcəyi ilə bağlı narahatlıqlar artır".

Nərgiz,

Sitat.info



Xəbər xətti