Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar zamanı Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.
Sitat.info TASS-a istinadən xəbər verir ki, cümə günü Qırğızıstanda MDB sammitində iştirak edən Vladimir Putin İlham Əliyevlə görüşüb. Danışıqlarda hər iki ölkənin nümayəndə heyətləri iştirak edir. Görüşün əvvəlində Rusiya lideri bir müddət əvvəl azərbaycanlı həmkarı ilə telefonla danışdıqlarını xatırladıb. O aydınlaşdırıb ki, görüş zamanı Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məsələlərə diqqət yetirəcəklər.
"Bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir, amma bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Söhbətimizi belə qurmağı təklif edirəm: o zaman bəlkə ikinci hissədən başlayaq ki, danışmaq imkanı olsun. Həmkarlarımızla danışaq, sonra üz-üzə qalıb danışacağıq, Bütün kompleks məsələlər, o cümlədən həssas məqamlar haqqında danışacağıq”, - Putin təklif edib.
Ayna,
Sitat.info