Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Sitat.info xəbər verir ki, görüşdə AB-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.
Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı məsələlər müzakirə edilib, onun davamlılığı vurğulanıb.
Qeyd edək ki, Toivo Klaar İrəvana Bakıdan gedib. O, Bakıda XİN başçısı Ceyhun Bayramovla görüşmüşdü.