Conson: Rus mədəniyyətinə yalnız axmaqlar heyran olmur

13:34 13 Oktyabr 2023

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə baxmayaraq, hələ də rus mədəniyyəti ilə maraqlanıram.

Sitat.info xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

“Hələ də ruspərəstəm, hələ də rus dilinə, mədəniyyətinə, rus sivilizasiyasına heyranam. Yalnız bir axmaq buna heyran olmaz. Eyni zamanda indi baş verənlərdən çox kədərlənirəm. Məncə, rus xalqının bu müharibəni dəstəkləmədiyini iddia etmək axmaqlıq olardı və bu, faciədir”, - o bildirib.

Rusiyanın gələcəyinin necə olacağına cavab verən Conson vurğulayıb ki, önəmli olan Ukraynanın gələcəyinin necə olacağıdır:

“Ukrayna hücuma məruz qalmış bir ölkədir. Bizim dəstəyimizə ehtiyacı olan ukraynalılardır. Ukrayna azad, müstəqil olmalıdır. Ukrayna öz taleyini seçməlidir”.



Xəbər xətti