Livanda səfərdə olan İranın XİN başçısı Hüseyn Əmir Abdullahian Hizbullahın baş katibi Həsən Nəsrullah ilə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Görüşdə bölgədəki son vəziyyət və onun inkişaf istiqamətləri müzakirə edilib, HƏMAS və İsrail arasında müharibə diqqət mərkəzində olub.
Tərəflər indiki vəziyyətdə hansı mövqe nümayiş etdirməli olduqlarını da razılaşdırıblar.