Azərbaycan və Gürcüstan arasında nəqliyyat və logistika sahələrində əməkdaşlıq müzakirə olunub

19:20 4 Aprel 2022

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvilinin  Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə keçirdiyi görüşdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Görüşdə əsas diqqət Bakı-Tbilisi-Qars dəmir yoluna, Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstanın dəhliz üzrə imzaladığı protokola ayrılıb, nəqliyyat dəhlizinin birgə inkişafı üzrə ölkələrin səyləri vurğulanıb.

Həmçinin BTQ dəmir yolu xəttinin tikinti işlərinin vaxtında yekunlaşdırılmasının əhəmiyyəti, xətt üzrə daşınan konteynerlərin sayında artım dinamikasının olduğu qeyd edilib.

Tərəflər rabitə, informasiya texnologiyaları sahələrində əməkdaşlıq və digər məsələlərin də müzakirəsini aparıblar.

15:06

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüş keçirir.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunur.

Nazir qonşu ölkəyə səfəri çərçivəsində “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru David Peradze ilə də görüşüb.

R.Nəbiyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə də görüşü planlaşdırılıb.



Xəbər xətti