Yerli sakinlər Qəzzanın şimal hissəsindəki evlərini İsrail ordusunun xəbərdarlığından sonra tərk etməyə başlayıblar.
Sita.info xəbər verir ki, sakinlərin evlərini tərk etmələri ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, İsrail ordusu Qəzza zolağının şimal hissəsinin 1,1 milyon sakininin 24 saat ərzində evlərini tərk etməli olduğu ilə bağlı xəbərdarlıq edib.